“WhatsApp”da yeni növ dələduzluq vüsət alıb.
Son zamanlar istifadəçilər öz dost və ya qohumlarından sizin akkauntunuzu sındıra biləcək mesajlar alır.
Daha dəqiq desək, sizə təsdiq kodu və link olan bir mətn gəlir. Sonra isə dostunuzdan, alınan kodu ona bildirməklə bağlı xahiş gəlir. Bunu etdikdə, sizin “WhatsApp” akkauntunuz başqasının əlinə keçəcək.
Bildiyiniz kimi “WhatsApp”a girmək üçün sizin elektron poçtunuzun loqini və parolu tələb olunmur. Tətbiq sizin telefonunuza xüsusi kod göndərərək şəxsiyyətinizi müəyyən edir. Əgər bu kodu sizdən başqa kimsə bilirsə, o sizin akkauntunuza girə, dələduzluq etmək üçün bütün kontaktlarınızı, o cümlədən dostlarınızın və ailə üzvlərinizin məlumatlarını istifadə edə bilər.
Əgər dostunuzdan və ya qohumunuzdan müvafiq birdəfəlik parolu yazmaq barəsində mesaj almısınızsa təşvişə düşməyin. Telefon vasitəsi ilə həmin şəxsə zəng vurub onun “WhatsApp”nın sındırıldığını deməlisniz. Həmçinin özünüzü qorumaq üçün “WhatsApp”da ikifaktorlu autentifikasiya qoşmaq lazımdır. Bunu etdikdə siz “WhatsApp”nıza daxil olmaq üçün həmdə şəxsi PİN-kodunuzu daxil etməli olacaqsınız.