“Huawei” “6G”nin tətbiq müddətini açıqlayıb
“Huawei” şirkətinin rəhbəri Syuy Çjiszyunyunun şirkətin 6G ilə bağlı gələcək planları haqqında yeni bəyanatı internetdə yayılıb.

Növbəti nəsil mobil şəbəkələrin 50 dəfə daha sürətli olacağı məlum olub.
Gent.az xəbər verir ki, bu halda cənab Çjiszyun yeni texnologiyanın 2030-cu ildə tətbiq ediləcəyini səsləndirib.
Qeyd edək ki, “Huawei” şirkəti planetdə 5G sahəsində lider şirkətlərdən biridir.







