“WhatsApp”da məlumatlara müdaxilə üsulu aşkarlandı

"WhatsApp" messencerinin "Android" versiyasında aşkar edilmiş iki təhlükəli boşluq uzaq məsafədən smartfondan məxfi informasiyanı ələ keçirməyə imkan verir.

App1 dəq oxu
“WhatsApp”da məlumatlara müdaxilə üsulu aşkarlandı

Həmin boşluqlar hakerlərə kənar qurğuda zərərverici kodun icrasına imkan verir.

Gent.az xəbər verir ki, bu problem "Android 9" daxil olmaqla bütün versiyaların idarəetməsi altında işləyən smartfonları əhatə edir.

Təhlükəsizlik mütəxəssisləri izah ediblər ki, "WhatsApp"da aşkar edilmiş boşluqlar TLS 1.3 və TLS 1.2 seansları üçün TLS protokolunun kriptoqrafik məlumatlarını ələ keçirməyə imkan verir.

Hakerlər tərəfindən qurbana "WhatsApp" vasitəsilə göndərilmiş xüsusi hazırlanmış HTML faylı brauzerdə açdıqda zərərverici kod icra olunacaq.

Hakerlərin bu boşluqlardan real hücumlarda istifadə etmələri hələ ki məlum deyil. İstifadəçilərə "WhatsApp" messencerini 2.21.4.18 versiyasına yeniləmək tövsiyə edilib.(ictnews.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan