"Zoom"dan mükəmməl yenilik gəlir

“Zoom” videozənglər xidməti həmsöhbətlərə özlərini eyni virtual otaqda hiss etməyə imkan verən “Immersive View” rejimini təqdim edib.

App1 dəq oxu
"Zoom"dan mükəmməl yenilik gəlir

Tərtibatçıların fikrincə, yeni funksiya daha məhsuldar dialoqa imkan yaradacaq.

Gent.az xəbər verir ki, klassik rejimdən fərqli olaraq, “Immersive View” rejimində iştirakçılar real həyatda olduğu kimi bir-birinə yaxın otururlar. Səhnədəki yerlər (arxa fon kimi konfrans zalı və ya tədris auditoriyası istifadə edilə bilər, həmçinin şəxsi şəkillərin yüklənməsi mümkündür) görüş təşkilatçısı tərəfindən və ya avtomatik müəyyənləşdirilir.

Yeni rejim 25-dək istifadəçini dəstəkləyir. İstifadəçi sayı çox olduqda onların miniatür şəkilləri ekranın yuxarı hissəsində görsənəcək. 

“Immersive View” rejimi “Windows” və “macOS” əməliyyat sistemləri üçün “Zoom” proqramının son versiyalarında əlçatandır.(ictnews.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan