Qarşıdakı tədbirdə “Reno6” seriyalı smartfonların nümayiş olunacağı gözlənilir.
Gent.az xəbər verir ki, qeyd olunan seriyaya üç model daxil olacaq. Seriyanın əsas versiyası 3 giqahers takt tezlikli səkkiz nüvə, “Mali-G77 MC9” qrafik sürətləndiricisi və “5G” modeminin daxil olduğu “MediaTek Dimensity 1200” prosessoru ilə təchiz ediləcək. Displeyin yeniləmə tezliyi 90 giqahers təşkil edəcək.
Bir pillə yüksəkdə “Reno6 Pro” modifikasiyası yerləşəcək. Qurğu 3,2 giqahers takt tezlikli səkkiz “Kryo 585” nüvəsini, “Adreno 650” qrafik blokunu və “Snapdragon X55 5G” mobil modemini birləşdirən “Qualcomm Snapdragon 870” çipinə malik olacaq. Ekranın yeniləmə tezliyi 90 giqahers təşkil edəcək.
Hər üç model 65 vatlıq sürətli enerjidoldurma və 30 vatt gücündə simsiz enerjidoldurma dəstəkli 4500 milliamper/saat tutumlu akkumulyatora malik olacaq. Smartfonların rəsmi təqdimatı mayın 22-nə planlaşdırılır.(ictnews.az)