Yazışmalarınızın başqası tərəfindən oxunmasının qarşısını almağın yolu açıqlanıb.
Gent.az xəbər verir ki, "Gem4me" tətbiqinin testi üzrə mütəxəssis Anastasiya İlyiçeva "Praym" agentliyinə müsahibəsində messencerdə izlənilmədən qorunmağın yollarından danışıb.
O, hesaba qoşulan bütün cihazları telefondakı "WhatsApp Web" vasitəsi ilə yoxlamağı və "Bütün cihazlardan çıx" düyməsini basmağı məsləhət görüb.
"Avtorizasiya yalnız sizin əlinizdə olan mobil cihazda qalacaq. Cihazlardan çıxışı yenidən təsdiqləmək lazım olacaq", - deyə mütəxəssis izah edib.
Bundan sonra "WhatsApp Web"ə daxil olduqda heç bir bağlı cihaz göstərilməməlidir, yalnız QR-kod görsənməlidir.
Mesajlarınızı qorumaq üçün digər cihazlar vasitəsilə messencerdən istifadə etdikdən sonra həmişə tətbiqdən çıxmaq lazımdır.
Ekspert telefonu yalnız etibarlı yerlərdə saxlamağı və cihazı icazəsiz girişlərdən qoruyan iki faktorlu identifikasiyanı qoşmağı məsləhət görür.(big.az)