"WhatsApp"dan geri addım
"WhatsApp" mesajlaşma tətbiqi yeni istifadə şərtlərini qəbul etməyən istifadəçiləri mayın 15-dən sonra bloklama qərarından imtina edib.

Səbəb də bəllidir.
Gent.az xəbər verir ki, şərtlərlə razılaşmayanların mesencerində xətalar ola bilər, həmçinin tətbiqin funksionallığı məhdudlaşdırıla bilər.
Ancaq bu məhdudiyyətlərin nədən ibarət olacağı hələ ki, bildirilməyib.







