Bu mobil tətbiqlər arıqlamağa kömək edir

App4 dəq oxu
Bu mobil tətbiqlər arıqlamağa kömək edir

Hazırda bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası səbəbi ilə evdə qalan insanların əsas problemlərindən biri də daha çox qida qəbulu və kilo artımıdır. Bizim ölkəmizdə də bu hal olduqca aktualdır. Çünki Azərbaycan xanımları, ana-nənələrimiz sevgilərini bizi yedirtməklə ifadə edirlər. Eyni zamanda, oturaq həyat tərzi, televizor, internet qarşısında saatlarla vaxt keçirmək də piylənməyə səbəb olur. Amma bunun qarşısını almaq sizin əlinizdədir. Bir müddətdir ki, idman zalları ilə vidalaşsanız da məşqlərinizə evdə davam edə bilərsiniz. Sağlam qidalanma və idman mövzusunda hər şeyi özündə cəmləyən bu mobil tətbiqetmələr köməyinizə çatacaq.

Arıqlamağa kömək edən mobil tətbiqlər siyahımızın başında “FatSecret” gəlir. Sağlam qidalanma, məşq tövsiyələri və müxtəlif reseptləri asanlıqla əldə edə biləcəyiniz FatSecret Sayğacı ilə artıq gün ərzində nə qədər kalori aldığınızı da izləyə biləcəksiniz. 

İstifadəçilərin yüksək qiymətləndirdiyi tətbiqi “Google Play” və “App Store”dan pulsuz yükləyə bilərsiniz.

Android üçün yükləyin

İOS üçün yükləyin

Həyat üçün zəruri olan su tərkibində heç bir kalori olmadığından arıqlamağa da kömək edir. Lakin dahi Nizami Gəncəvinin dediyi kimi: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Odur ki, həm vaxtında, həm də qədərində su içmək üçün “Aqualert-Water reminder” tətbiqini telefonunuza yükləyə bilərsiniz. Tətbiq sayəsində artıq su içməyi unutmayacaqsınız. Çünki o, su içmək lazım olanda sizə xəbər verəcək.

Android üçün yükləyin

İOS üçün yükləyin

“MyFitnessPal” proqramı sayəsində yeməklərin kalori, karbohidrat, şəkər və lif dəyərlərinə göz gəzdirə və yediyiniz hər yeməyi proqrama qeyd edərək asanlıqla diyetinizə əməl edə bilərsiniz.

Qidalanmadan əlavə 350-dən çox məşq proqramının da mövcud olduğu bu tətbiq “Google Play” və “App Store”da ən çox yüklənən diet proqramları arasındadır.

Android üçün yükləyin

İOS üçün yükləyin

Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə hazırlanan “Google Fit” dünyada 10 milyondan çox insan tərəfindən yüklənib. Sizi sizdən daha yaxşı tanıyan Google hazırladığı tətbiq ilə sağlamlığınızın qeydinə qalır.

Proqramın tək pis cəhəti yalnız Android cihazlarda istifadənin mümkünlüyüdür.

Yükləmək üçün

İdman etmək qədər hərəkətləri düzgün etmək də önəmlidir. Minlərlə fərqli məşqin videolu izahını tapa biləcəyiniz “All Out Studio” həvəslə istifadə edəcəyiniz sevimli tətbiqlərinizdən birinə çevriləcək. 

 IOS və Android istifadəçiləri tətbiqi buradan yükləyə bilərlər.

Android üçün yükləyin

İOS üçün yükləyin

Növbəti tətbiqimiz isə idmanın fərqli bir növü ilə mental sağlamlığını qorumaq istəyən kişilər üçündür.

Ağır iş rejimi, problemlər sağlamlığımızda, psixologiyamızda izlər buraxır. Elə son zamanlar “Koronavirus olmasa da, məni stress, əsəb, gərginlik öldürəcək” deyənlərin sayı artıb. Bütün bunlardan qurtulmağın ən sağlam yollarından biri isə yoqadır. 

 

“DownDog App Group” mobil tətbiqetməsi vasitəsi ilə evdə yoqa məşqlərinə başlaya bilərsiniz. Xüsusilə də, proqramda yer alan mahnıları dinləyib zövq alacaqsınız.

Qeyd edək ki, tətbiq pandemiya səbəbi ilə bir müddət pulsuz olacaq. 

Android üçün yükləyin

İOS üçün yükləyin

Sonuncu tətbiqimiz yerli tələbata uyğun yaradılıb. Peşəkar dietoloq, fitness təlimçi və ya idman zalı axtaranlar Fit2Best mobil tətbiqindən istifadə edə bilərlər. Düzgün qidalanma, məşqlər, hətta yoqa dərsləri, həmçinin gündəlik içdiyiniz suyun miqdarına, atdığınız addımların sayına asanlıqla nəzarət, sizə yaxın idman zallarını xəritədə tapıb onlayn abunə olmaq, tanınmış məşqçilərdən idman dərsləri almaq imkanı yaradır. Qeyd edək tətbiq vasitəsi ilə həm də onlayn məşqlərdə iştirak edə bilərsiniz. 

Andorid üçün yükləyin

İOS üçün yükləyin

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan