“Facebook”un istehsalı olan saat belə qurğular üçün ənənəvi fitness funksionala malik olacaq.
Gent.az xəbər verir ki, pulsometrlə təchiz ediləcəklər. Daşınan cihazın smartfondan asılı olmaması üçün mobil şəbəkələri dəstəkləməsi imkanı nəzərdən keçirilir.
Hər biri saatdan kənarda işləyə biləcək iki kameranın tətbiqi yenilik olacaq. 1080p təsvir ölçüsündə video çəkə bilən ön sensor videorabitə üçün lazımdır. İkinci sensor saatın qolbağında yerləşdiriləcək. Hər iki kamera “Facebook” və “Instagram”a sıx inteqrasiya ediləcək.
“Facebook”un “ağıllı” saatları artıq 2022-ci ilin yayında təqdim edilə bilər.