"WhatsApp" daha bir funksiyanı işə saldı
"WhatsApp" mesajlaşma şəbəkəsinin yeni funksiyası fəaliyyətə başlayıb.

İstifadəçilər artıq "WhatsApp" hesabını bir neçə cihazda eyni vaxtda istifadə edə biləcək.
Gent.az xəbər verir ki, bunun üçün istifadəçinin cihazları bir-birinə bağlaması kifayətdir. Artıq "WhatsApp Web" və "WhatsApp Desktop"un eyni anda işləməsi üçün əsas cihazın onlayn qalmasına ehtiyac yoxdur
Yeni funksiya bir hesaba əlavə edilən beş cihazdan istifadə etmək imkanı verir.







