"Google" 500 milyon avro cərimələndi

Fransa hökumətinin antimonopoliya orqanı "Google" şirkətini 500 milyon avro dəyərində cərimələyib.

App1 dəq oxu
"Google" 500 milyon avro cərimələndi

 "Google" şirkəti kütləvi informasiya vasitələrinin istifadə etdikləri başlıqları özünün "Google News" platformasında istifadə etdiyi aşkarlanıb.

Gent.az xəbər verir ki, buna görə həmin kütləvi informasiya vasitələrinə pul ödəmir. Əgər şirkət kütləvi informasiya vasitələrinə ödəniş planını təqdim etməsə, ona hər gün ərzində əlavə 900.000 avro cərimə yazılacaq.

Qeyd etmək lazımdır ki, Fransanın antimonopoliya orqanı hələ 2020-ci ildə qanun tərtib etmişdi ki, "Google" şirkəti kontentlərin istifadəsi məsələsində saytlar ilə müqavilə bağlamalıdır. Lakin görünür, şirkət bu qanunu görməzdən gəlib. Nəticədə Fransanın "Agence France-Presse", "Le Figaro" və s. kimi saytları şikayətçi olublar. Bununla yanaşı "Google" şirkəti 2 ay ərzində kütləvi informasiya vasitələrinə ödənişi hansı sistem üzrə edəcəyinə dair planı təqdim etməlidir. Əks halda şirkət hər gün üçün əlavə 900.000 avro cərimə əldə edəcək.(technote.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan