“Android” və “IOS” daha etibarlı olmaq və istifadəçilərinin məxfiliyini qorumaq üçün daim inkişaf edir, lakin bu, onların köməyə ehtiyacı olmadığı mənasını vermir.
Telefonunuzu və ondakı bütün məlumatları yaxşı qoruyan və daha az tanınmış 9 əla təhlükəsizlik tətbiqetməsini topladıq:
“Access Dots”
“IOS 14” “iPhone” modellərə telefonun kamerası və mikrofonu çalışarkən ekranda bildiriş göstərən funksiya əlavə edib. “Access Dots” da eyni funksiyanı “Android” üçün təklif edir.
Buradan yükləyin
“Jumbo”
Sosial şəbəkələrdə məxfilik parametrlərini anlamaq çətindir və daim dəyişir, ancaq “Jumbo” özünüz haqqında istədiyinizdən daha çox şey paylaşmadığınızdan əmin olmağa kömək edir. Tətbiq sayəsində sosial şəbəkə hesablarınızı kilidləyə də bilərsiniz.
Tətbiq müxtəlif faydalı xidmətlər təklif etmək üçün birbaşa onlayn hesablarınıza qoşulur, köhnə tvitlərinizi avtomatik olaraq silmək, “Google”un sizin haqqınızda əlavə məlumat toplamasını dayandırmaq, “Facebook”da reklam fərdiləşdirməsini məhdudlaşdırmaq və digər funksiyalar irəli sürür.
“GlassWire”
Bu tətbiq məlumatların istifadəsində olduqca diqqətlidir. Evdəki internetdən uzaqda olduğunuz zaman məlumat planınızdan narahat olursunuz və ya müəyyən tətbiqlərin lazım olmadıqda bazaya məlumat göndərmədiyindən əmin olmaq istəyirsinizsə, “GlassWire” sizə kömək edə bilər. Tətbiqin içərisində inteqrasiya edilmiş bir təhlükəsizlik divarı var.
Buradan yükləyin
“Norton App Lock”
Parol kilidi tətbiqləri telefonunuzdakı əsas kilid ekranından əlavə bir təhlükəsizlik qatını əlavə edir. Bunun üçün “Android”də ən sevimli seçiminiz “Norton App Lock” ola bilər. Tətbiqin istifadəsi sadədir, tamamilə pulsuzdur.
Almaq üçün
“Fing”
Evdəki internetdən sadəcə siz istifadə edirsiniz, yoxsa qonşularınız da faydalanır? Bu tətbiq evinizin Wi-Fi təhlükəsizliyini təmin etmək üçün faydalıdır. “Fing” internet bağlantınızın sürətini yoxlayacaq, kəsintilərin səbəbini müəyyənləşdirəcək, şəbəkənizə qoşulan yeni cihazlardan xəbər verəcək.
“Alfred Home Security Camera”
Doğru tətbiqetmənin köməyi ilə köhnə bir telefonu təhlükəsizlik kamerasına çevirə biləcəyinizi bilirdinizmi? Arxa bağçanızı və ya digər otaqda yatan körpənizi nəzarətdə saxlamaq istəsəniz, “Alfred home security camera” işinizi asanlaşdıracaq. Aydındır ki, burada birdən çox cihaza ehtiyacınız olacaq – biri videoyazı etmək üçün, digəri videoya baxmaq üçün.
“Twilio Authy”
İki faktorlu identifikasiyanın əhəmiyyəti barədə dəfələrlə danışılıb, bu, onlayn hesablarınızın təhlükəsizliyində böyük fərq yaradır və “Authy” ən yaxşı vasitələrdən biridir. Tətbiq hesablar arasında keçidi təmin edəcək, “Google”, “Microsoft” kimi bütün hesablar üçün uyğundur.
“Firefox Focus”
“Firefox Focus” reklamları bloklayan, sürətli, təhlükəsiz və ən əsası izlənilməmiş istifadə təcrübəsi yaşadan brauzerdir. Tətbiqin ekranının yuxarı hissəsində axtarış tarixçənizi, saxlanan parollarınızı bir kliklə silə biləcəyiniz böyük bir zibil qutusu işarəsi var, bu da qısa zamanda daha təhlükəsiz smartfondan istifadəni təmin edir.
“Bouncer”
Bu tətbiq “Android” cihazınızda hansı tətbiqetmələrə icazə verildiyinə nəzarət edir. Zəruri hallarda tətbiqlərə müvəqqəti, birdəfəlik icazə verməyə imkan yaradır. Bir fotoşəkil etiketləmək üçün “Facebook”a icazə vermisiniz, ancaq bundan sonrakı vaxtlarda tətbiqin məkanınıza daxil olmasını istəmirsinizsə, “Bouncer” sizə kömək edə bilər. İcazələr yalnız müəyyən bir müddətdən sonra və ya tətbiq bağlandıqda ləğv edilə bilər.
Buradan yükləyin
Qeyd edək ki, bu siyahıda “Android” ilə uyğunluq təşkil edən proqramlar çoxdur. Bunun real səbəbi “Android” və “IOS” arasındakı fərqdir. “IOS” təhlükəsizliyi üzərində çox çalışır, “Android” isə əlavə tətbiqlərin mövcudluğundan çox razıdır.