"Facebook" "Taliban"a qadağa qoydu

"Facebook" "Taliban"a aid hesabları və onu dəstəkləyən paylaşımları qadağan etdiyini bildirib.

App1 dəq oxu
"Facebook" "Taliban"a qadağa qoydu

Bu barədə "Facebook" sözçüsü BBC-yə müsahibəsində məlumat verib.

Gent.az xəbər verir ki, "Taliban" ABŞ qanunlarına görə terror təşkilatı sayılır və belə təhlükəli qrupların bizim şirkət xidmətlərimizdən istifadəsinə icazə verilməyəcək.

Dövlətlərin tanınması ilə bağlı qərar vermədiklərini vurğulayan sözçü, "beynəlxalq ictimaiyyətin nüfuzuna" əməl etdiklərini qeyd edib.

Sözügedən qərarın "Instagram" və "Whatsapp" sosial şəbəkələrinə də aid olduğu bildirilib.

Qeyd edək ki, uzun illərdir "Taliban" mesajlarını yaymaq üçün sosial media platformalarından istifadə edir.(lent.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan