"İnstagram" profiliniz bağlana bilər

"Instagram" sosial şəbəkəsi azyaşlı istifadəçilərinin hüquqlarının qorunması üçün müvafiq addımlar atmaqda davam edir.

App1 dəq oxu
"İnstagram" profiliniz bağlana bilər

Bugünlərdə şirkət şəbəkə ilə bağlı daha bir yeniliyə imza atıb.

Gent.az xəbər verir ki, bundan sonra "Instagram"a daxil olmaq üçün doğum tarixinin qeyd olunması məcburi olacaq. Lazımi məlumatı bölüşməyənlərin isə profili bağlanacaq.

Həmçinin, şəbəkə süni intellekt vasitəsilə verilən məlumatların həqiqiliyini də yoxlayacaq.

Şirkətdən verilən məlumata görə, bu tələb azyaşlıların uyğunsuz reklam və kontentdən qorunması məqsədi daşıyır.(oxu.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan