40 min dollardan baha olan “iPhone 13”lər

Lüks telefon dizaynları ilə tanınan İngiltərənin qiymətli daş-qaş firması “Caviar” bu dəfə “iPhone 13” seriyasını satışa çıxarıb.
Axşam.az xəbər verir ki, 18 əyar qızılla bəzədilmiş limitli modellərdən yalnız 99 ədədi alıcılara təqdim olunub.
Yaddaşı nisbətən az olan “iPhone 13”ün qiyməti 42 min 390 dollardır. “iPhone Pro Max” isə 48 min 080 dollara təklif olunur.
Qeyd edək ki, xarici görünüşcə fərqli olan telefonların funksiyaları eynidir.







