Müasir insanlar həmişə nəzarətdə saxlanılmaslı rəqəmlərlə əhatə olunur: kartadkı pulun miqdarı, məhsulların qiyməti, telefon nömrələri və sair. Bu müxətliflikdən baş da ağrıya bilər. Ən çətin məsələ pul ilə bağlıdır. Əgər gəlir və çıxarlarınıza nəzarət etmək istəyirsinizsə büdcənizi uçota alın. Bunu isə “Budget helper”lə etmək olduqca asandır.
1.Statistikanı proqram və ya Google-cədvəldə aparmaq imkanı
“Budget helper”in əsas xüsusiyyəti – məlumatların Google-cədvəldə saxlanılmasıdır. Bu aplikasiya “Excel” ilə işləməyi bacaranların xoşuna gələcək. Çünki o yazı peyda olduğu an statistika cədvəli qurmağa başlayır.
Onu Android və iOS platformalarından yükləmək olar, lakin redaktəni bütün brauzerlərdə etmək mümkündür.
2.Ailə girişi
Maliyyə menecerlərinin əsas keyfiyyəti – birgə büdcənin aparılmasının mümkünlüyü. “Budget helper” də bunu bacarıq. Sən, hər kəs üçün ayrı cədvəl yaradaraq, ailə üzvlərini və dostlarını bura əlavə edə bilərsən. Bütün istifadəçilər ümumi papkaya giriş əldə edir, aplikasiyanın “admini”, redaktə hüquqlarını özü paylaya bilər. Əgər sən iki insandan daha çox əlavə etmək istəyirsənsə abunə olmalısan. Abunəlik qiyməti 1 ABŞ dollarıdır.
3.Fərqli kateqoriyalar və ayrı cədvəllər
Bir çox trekerlərdə çatışmayan – kateqoriyalar üzrə rahat şəkildə ayrılmadır. Lakin “Budget helper”də bu çatışmazlıq yoxdur. Burda siz istifadəçiləri, hesabları, üçotun aparılacağı kateqoriyaları rahat şəkildə seçə bilərsiniz. İşarələrin rəngini dəyişdirərək yazıları fərdi etmək mümkündür.
4.Nağ pul və bank kartları ilə işləmək bacarığı
“Budget helper” nağd pulun, bank kartının və ya elektron portmonenin istifadəsi ilə büdcə uçotunu aparmaq üçün hesab yarada bilir. Transaksiyalarla bağlı məlumat rahat şəkildə cədvələ daxil edilir və müəyyən portmonenin istifadəçiləri onu görə bilir.
5.Məzənnə hesablarının konverteri
Bu aplikasiya vasitəsi ilə aparılan bütün hesablarda uçotu məzənnə ilə etmək olar. Cədvəllərin qurulması üçün “Budget helper” bütün rəqəmləri cari məzənnə kursu (Google-dən götürəcək) vasitəsi ilə konvert edəcək. Buna görə də bütün məlumatlar aktual miqyasda əks olunacaq.
6.Büdcəyə rahat nəzarət.
Əgər sən aylıq xərclərin planlaşdırılması ilə əziyyət çəkirsən və dolanmağın üçün zəruri məbləği müəyyən edə bilmirsənsə, “Budget helper” bunu sənin əvəzinə edəcək. Bunun üçün müəyyən limit qoyaraq bildiriş qoşmalısan. Müəyyən məbləğ xərclədikdən sonra aplikasiya sənə siqnal göndərməyə başlayacaq. Qeyd etmək lazımdır ki, bildirişlərin sayı sonsuzdur, ona görə də rahat ola bilərsən. Hesabda pul yığıldıqda isə aplikasiya sənə təriflə dolu sözlər göndərəcək.