"WhatsApp"dan çoxdan gözlənilən dəyişiklik

Məşhur messencerlərdən olan WhatsApp-ın bir neçə cihazda işləməsini asanlaşdıran yeni funksiyalar işə salınacaq.

App1 dəq oxu
"WhatsApp"dan çoxdan gözlənilən dəyişiklik

Yeni funksiyalardan biri WhatsApp istifadəçilərinə söhbətlərini daha yaxşı təşkil etməyə imkan verəcək.

Gent.az xəbər verir ki, bir cihaza əlavə edilmiş dialoqlar avtomatik olaraq digərlərinə də bağlanacaq.

Növbəti yenilik messencerin kompüter versiyasına aiddir. Belə ki, kompüterində WhatsApp quraşdırmış istifadəçilər məxfilik parametrlərini tənzimləyə biləcəklər. Qeyd edək ki, bu funksiya hazırda yalnız mobil versiyada mövcuddur.

Hazırda yenilənmə sınaqdan keçirilir.(xəzərxəbər)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan