"WhatsApp"dan silinən mesajlarla bağlı yeni funksiya

"WhatsApp" istifadəçilərin bir müddətdir tələb etdiyi yeniləməni reallaşdırıb.

App1 dəq oxu
"WhatsApp"dan silinən mesajlarla bağlı yeni funksiya

Artıq müəyyən bir müddətdən sonra bütün mesajları silmək mümkün olacaq.

Gent.az xəbər verir ki, şirkət əsas rəqibi "Signal"a oxşar bir addım atıb və "itən" mesajlar xüsusiyyətini gətirib. Ancaq yeni prosesi tək-tək etmək məcburiyyəti var idi. Bu isə çox vaxt itkisi deməkdir. İndi isə yeni funksiya nəticəsində bütün mesajları yalnız bir yerdən silmək mümkün olacaq.

Bununla yanaşı, siləcəyiniz mesajın vaxtını da özünüz təyin edə biləcəksiniz. İsmarıcların silinməsi üçün "WhatsApp" 24 saat, 7 gün və 90 gün seçimlərini də təqdim edib.

Qeyd edək ki, yeni funksiya "Android" istifadəçilər üçün 2.21.24.8 Beta versiyasında olacaq.(lent.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan