Azərbaycanda "TikTok" ləğv olunur?
Son zamanlar ölkəmizdə "TikTok" istifadəçilərinin sayı artıb.

Bəziləri isə hələ də sosial şəbəkələrdən düzgün şəkildə istifadə edə bilmirlər.
Bəziləri əxlaqsızlığı nümayiş etdirir, narkomaniyanı təbliğ edir, bəziləri isə virtual dünyanı özlərinə şantaj vasitəsilə gəlir əldə etmək üçün məkan seçirlər. Görəsən, ölkəmizdə bəzi sosial şəbəkələrin istifadəsi qadağan oluna bilər?
Gent.az xəbər verir ki, məsələ ilə bağlı deputat Aqil Abbas açıqlama verib.
O bildirib ki, "TikTok" və digər sosial şəbəkələri ölkədə ləğv etmək mümkün deyil:
"Hüquq mühafizə orqanları istər "TikTok", istərsə də digər sosial şəbəkələrlə ciddi məşğul olmalıdır. Düzdür, nəzarət edirlər. Hətta pis şeyləri təbliğ edənləri, şantaj edənləri cəzalandırırlar.
Polis narkomaniyanın qarşısını almağa çalışır və şantaj edənləri dərhal saxlayır. Lənkaranda narkotik satanları həbs etdilər. Taksi sürücüsü qıza "çay içmək" təklif etdiyi üçün dərhal cəzalandırıldı. Sadəcə hüquq mühafizə orqanları daha da ciddi nəzarət etməlidir ki, bu halların qarşısı alınsın. Amma sosial şəbəkələri demokratik ölkədə qadağan etmək mümkün deyil".(Sonxeber.az)







