Yanvar ayında ən çox yüklənən proqram açıqlandı

2021-ci ilin əvvəli üçün dünyada ən çox yüklənən mobil tətbiq müəyyənləşib.
Gent.az xəbər verir ki, "Telegram" platforması dünyada ən çox yüklənən mobil proqram olub. Sözügedən tətbiq 63 milyon dəfə yüklənilib. Bu, 2020-cı ilin yanvarı ilə müqayisədə 3,8 dəfə daha çoxdur. "Telegram"ı yükləyənlərin bu qədər artması "Whatsapp" tətbiqinin məxfilik şərtlərini dəyişdirməsi ilə əlaqələndirilib.
Keçən ilin əvvəlində ən çox yüklənən proqram “TikTok” mobil tətbiqi olmuşdu.







