Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlandı – Dizaynı isə...

Apple korporasiyasının yeni iPhone SE smartfonu 4,7 düyümlük ekranla təchiz olunacaq və 5G - beşinci nəsil şəbəkələri dəstəkləyəcək.
Gent.az xəbər verir ki, bunu məşhur analitik Ross Yanq öz "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, SE seriyasının növbəti modeli 4,7 düyümlük IPS displeylə təchiz ediləcək.
Analitik həmçinin smartfonun digər xüsusiyyətlərini sadalayıb: cihaz bütün yeni iPhone-lar kimi 5G dəstəyinə malik olacaq.
Smartfonun dizaynı isə dəyişməz qalacaq: çərçivəli ekran, Touch ID barmaq izi sensorlu Home düyməsi və tək kamera.






