Sosşəbəkədə "skrinşot" edənlərə pis xəbər
Milyonların istifadəçisi olduğu "Facebook" sosial şəbəkəsi yeni funksiyasını təqdim edib.

Yaxın günlərdə tətbiq olunacaq yenilik artıq mübahisələrə səbəb olub.
Gent.az xəbər verir ki, yeni funksiyada mesajların, şəkillərin ekran görüntüsünü çəkməyə icazə verilməyəcək. Əgər "skrin" edilərsə, bu zaman qarşı tərəfə bildiriş gedəcək. Bu özəllik isə istifadəçilərin narazılığına səbəb olub.
Qeyd edək ki, bu funksiya artıq bir müddətdir "Instagram"da var.(lent.az)







