"WhatsApp"dan daha bir funksiya gəlir

Daim yeniliklərlə istfadəçilərini sevindirən "WhatsApp" daha bir funksiyanı işə salacaq.

App1 dəq oxu
"WhatsApp"dan daha bir funksiya gəlir

Artıq burada göndərdiyiniz mesajları bir saat yox, 36 saat ərzində qarşı tərəfdən silə biləcəksiniz.

Gent.az xəbər verir ki, funksiya tam hazır olmadığından hələ messencerin beta-versiyasında da istifadəyə verilməyib.

Qeyd edək ki, daha öncə bir göndəriləndən bir saat müddətində mesajı hər iki tərəfdən, 68 dəqiqə sonra isə yalnız özünüzdən silmək mümkün idi.

2021-ci ilin payızında bildirilirdi ki, "WhatsApp"dakı mesajları 7 gün 8 saat ərzində silmək mümkün olacaq, lakin bir həftəlik müddətdən imtina səbəbi məlum deyil.(big.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan