Azərbaycan İlon Maskın internet şəbəkəsinə qoşulacaq
"Starlink" qlobal peyk sistemi 2023-cü ildə Azərbaycanda internet çıxışını təmin edəcək.

Bu barədə "SpaceX" şirkətinin "Twitter" hesabında məlumat yayıb.
Gent.az xəbər verir ki, "Starlink" peyk sistemini "SpaceX" şirkəti idarə edir və yüksək sürətli internetə çıxışı təmin etmək üçün hazırda 32 ölkədə mövcuddur.







