Əgər yaxın keçmişdə səsli ismarıclar qəbuledilməz bi şey sayılırdılarsa, hal-hazırda həmfikirlərinlə söhbət etmək üçün xüsusi dəvət almalısan.
Gent.az xəbər verir ki, fevralın əvvəlində sosial şəbəkələrdə “Clubhouse” adlı yeni servisin adı hallanmağa başladı. Bu özünəməxsus sosial şəbəkə vasitəsi ilə sən yanlış səslə ünsiyyət qura bilərsən və, təsadüfən Mark Zukerberq, İlon Mask və digər məşhurların söhbətinə qatıla bilərsən.
“Clubhouse”u “Google”un sabiq əməkdaşı Pol Devison ixtira edib. O, pandemiya dövründə inanılmaz şəkildə məşhurlaşan “Zoom” kimi “cloud” konfranslarının servislərini podkast ideyası, həmçinin virtual mühazirələrlə birləşdirir.
Servisin məqsədi – adi istifadəçilərlə birgə məşhur insanlarla səs vasitəsi ilə söhbət etməkdir. Yeri gəlmişkən, İlon Mask onu qeyd edəndən sonra tanınmayan servisə milyonlarla istifadəçi üzv oldu.
Hal-hazırda tətbiq yalnız “iPhone”larda işləyir. Servisə qeyd olmaq üçün isə artıq onun istifadəçisi olan insandan dəvət (“invite”) almalısan. Hər yeni istifadəçi bir-iki nəfərə dəvət verə bilər. Yeri gəlmişkən bəzi Telegram kanallarında bu “invite”ları paylaşırlar. Ya da ki, dəvəti pul müqabilində ala bilərsən.