"Whatsapp" statuslarında yenilik edilir

"Whatsapp" statuslarında yenilik olacaq.

App1 dəq oxu
"Whatsapp" statuslarında yenilik edilir

Artıq "Whatsapp"da statuslara səs də əlavə etmək olacaq.

Gent.az xəbər verir ki, müvafiq seçim "status" bölməsində mövcud olacaq. Materialın müəllifinin qeyd etdiyi kimi, mətn statusu, şəkil və ya video əlavə etməyə imkan verən artıq mövcud olan iki ikonanın yanında səsli mesajın yazılması üçün işarə görünəcək.

Nəzərə alın ki, yalnız seçdiyiniz istifadəçilər statusu məxfilik parametrlərinizə uyğun olaraq, səsli mesajı görəcəklər.

Onu da qeyd edək ki, "Whatsapp"ın stabil versiyasında isə bu yeni funksiyanın buraxılış tarixi məlum deyil.(lent.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan