Teleqrama yeni funksiyalar əlavə olunacaq

Teleqram messencerinin iOS və Android üçün beta versiyasında bir sıra yeni funksiyalar olacaq.

App1 dəq oxu
Teleqrama yeni funksiyalar əlavə olunacaq

Bu barədə "Durov kodeksi" internet nəşri məlumat yayıb.

Gent.az xəbər verir ki, funksiayalardan biri profil statusu kimi fərdi emoji təyin etmək imkanıdır. Bu emoji istifadəçinin "Telegram Premium" abunəsi olduğunu göstərən ulduz işarəsinin yerini alacaq.

Qeyd edək ki, yenilikdən yalnız messencerin ödənişli istifadəçiləri yararlana biləcək. Fərdi status həm profildə, həm də qrup çatlarında adın yanında göstəriləcək.

Bundan əlavə, istifadəçilər taymerlə müvəqqəti status təyin edə, həmçinin daha əvvəl messencerdə görünən fərdi emodjilərdən istifadə edə biləcəklər.(xəzərxəbər)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan