Azərbaycanda "TikTok" nə zaman açılacaq?

"TikTok" sosial şəbəkə platformasına ölkə ərazisində giriş müvəqqəti olaraq sentyabrın 14-dən Ermənistan silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatdan sonra məhdudlaşdırılıb.

App1 dəq oxu
Azərbaycanda "TikTok" nə zaman açılacaq?

Buna səbəb isə dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını almaqdır.

Bəs Azərbaycanda "TikTok"a qoyulan məhdudiyyət nə vaxt götürüləcək?

Gent.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda hər hansı bir dəyişiklik yoxdur.

"Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq".(sonxeber.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan