Mask "Twitter"ə yeni funksiya əlavə edir

"Twitter" sosial şəbəkəsinin yeni sahibi İlon Mask sosial şəbəkədə bir-birinə pul köçürmək üsulunu təklif edib.

App1 dəq oxu
Mask "Twitter"ə yeni funksiya əlavə edir

Yeni ideyasını o, istifadəçilərlə audioçatda ünsiyyəti zamanı səsləndirib.

Gent.az xəbər verir ki, amerikalı milyarderin sözlərinə görə, ödənişli profil yoxlaması olan istifadəçilər hesablarına bağlı bir növ virtual pul kisəsi əldə edə bilərlər.

Bank hesabını "Twitter" hesabı ilə əlaqələndirmək imkanı istifadəçilərə pul mübadiləsi etməyə və ya nağdlaşdırmağa imkan verəcək. Mask bunun əla fikir kimi səsləndiyini vurğulayıb.

Qeyd edək ki, milyarder yaxın aylarda "Twitter"də dəyişiklik gözlənildiyini və sosial şəbəkənin "çoxlu dəlisovluq"lar edəcəyinin anonsunu da verib. (Oxu.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan