Buna səbəb onun qanunsuz olaraq işdən çıxarılmasıdır.
Gent.az xəbər verir ki, keçmiş əməkdaşın sözlərinə görə, şəxsi münasibətdə olduğu kişi həmkarı onu ölümlə hədələyib və o, bununla bağlı rəhbərliyə şikayət edib. Lakin bu şikayətdən sonra işini itirib.
Uitt həmkarının onun gicgahına silah tutduğu videonu sübut kimi təqdim edib, lakin şirkət bu problemi həll etməkdən imtina edib.
Qadın bildirib ki, "məişət zorakılığı qurbanı statusu" məlum olduqdan sonra "Apple" şirkəti onun namizədliyinə qarşı sanksiyalar tətbiq edib./Oxu.az