"Twitter" yenidən məhkəməyə verilib

"Twitter" sosial şəbəkəsinin San-Fransiskodakı ofislərindən birinin icarə sahibi şirkəti məhkəməyə verib.

App1 dəq oxu
"Twitter" yenidən məhkəməyə verilib

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Gent.az xəbər verir ki, buna səbəb şirkətin dekabr və yanvar aylarında ümumilikdə 6,78 milyon dollar məbləğində icarə haqqını ödəməməsi olub.

San-Fransiskoda "Twitter"in baş qərargahının yerləşdiyi binanın sahibi olan Sri Nine Market Square LLC məhkəməyə müraciət edib. Qeyd olunub ki, şirkət dekabrda 3,36 milyon dollar və yanvarda eyni məbləğdə binaların icarə haqqını ödəməyib.(big.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan