Bu ilin yanvarın ortalarında keçirilən qlobal təqdimat zamanı “Samsunq” yeni ultimativ “Galaxy S21” flaqmanını, simsiz peşəkar səslənmə qulaqcıqlarını və itmiş əşyaların tapılmasında kömək edən “ağıllı” “Galaxy SmartTag” aksesuarını təqdim edib.
Bu avadanlıqlar oyunqaydalarını dəyişmək və kontent yaradılması üçün istifadəçilərə yeni imkanlar yaratmaq üçün hazırlanıb. Sizə bu flaqmanların bir sıra üstünlüklərini sadalayacağıq.
1.Dizayn
Yeni smartfonların dizaynı inanılmazdır: dəbli bənövşəyi, cəhrayı və boz rənglər. Lakin bu sıranın qəhrəmanı əlbəttə ki bozdur.
Mat çalarlar isə telefona nəcbilik və brutallıq əlaə edir. Kamera bloku xarici görünüşə əla tərzdə yaraşır. Bu dizayn “Contour Cut” adı alıb.
2. Ekran
Bu seriyanın bütün modelləri mavi şüalanmadan qoruyan “Eye Comfort Shield”ə malik parlaq “Dynamic AMOLED 2X” displeyinə sahibdir. BU cür ekranda filmə baxmaq və ya oyun oynamaq böyük həzzdir.
3. Prosessor
Yeni “Exynos 2100” prosesoru demək olar ki hər bir tapşırğın öhdəsindən gələ bilir. O hətta oyunları və tətbiqləri əlavə edilmiş virtual və qarışıq reallıqda qoşa bilir. Həmçinin onun sayəsində interfeys “uçur”. Bu smartfon sizi kompüteri unutmağa vadar edəcək.
4.Kameralar
Smartfonun kameralarına ayrıca diqqət yetirmək lazımdır. Onun 64 meqapiksellik 3 əsas kamerası var. Bundan əlavə telefon 12 meqapiskellik genişbuacaqlı və ultragenişbucaqlı əlavə kameralara sahibdir.
5. Süni inellekt
Hər şey kameranın texniki xüsusiyyətləri ilə bitmir. Əsas möcüzə süni intellektin işı düşməsindən sonra başlayır. Xüsusi alqoritmlər kadr üzərində işləyir, avtomatik olaraq çəkiliş üçün ən optimal opsiyaları quraşdırır.
O, işıqlandırmanı, dərinin, saçların və hətta paltarın rəngini nəzərə alır. Bunun sayəsində ev şəraitində çəkilən şəkillər adətən əsl fotosessiyaya dönür. Və bu hələ son deyil.
6. Şəkillərdə obyektlərin ləğv edilməsi
Qabaqlar saatlarla peşəkar fotoredaktorda etdiyimizi hal-hazırda bu smartfon saniyələr içində icra edir. Əlbəttə ki, kadra düşmüş istənilməyən obyekt və şəxslərdən gedir. Sadəcə olaraq redaktor bölməsində pozan işarəsini seçin və süni intellekt avtomatik olaraq qeyd edilən hissəni ləğv edir.
7. Gecə rejimi
Daha bir gözəl funksiya – gecə rejimidir. Artıq keyfiyyətli gecə çəkilişləri üçün işıqlandırılmış yer axtarmayacaqsan.
“Bright Night” sensoru sayəsində sən özün ekspozisiyanı və çəkiliş zamanını idarə edə bilərsən. Keyfiyyətsiz şəkillər zamanlarını unut. Artıq gecənin əsl gözəlliyinin sərgiləmək vaxtı gəlib çatıb.
8. Video çəkilişi üçün yeni funksiyalar
Daha bir yenilik – video çəkilişi üçün yeni formatlardır. Məsələn, bu smartfonda yeni “Vloggers View” (eyni zamanda ön və əsas kameraya çəkiliş etmək), “Kinorejim” (daha yaxşı rakurs seçmək üçün çəkilişi dayandırmadan bir obyektivdən digərinə keçmək) və “Live Thumbnail” (heç nəyi gözdən qaçırmadan görünüş sahəsini bucağını dəyişmək, videonu miqyaslaşdırmaq və yaxınlaşdırmaq) kimi yeni inanılmaz funksiyalar əlavə edilib.