"WhatsApp"a yeni funksiyalar əlavə olunub
Dünyanın aparıcı ismarıc mübadiləsi sistemi - "Whatsapp"a qrupların və icmaların idarə olunması ilə bağlı yeni funksiyalar əlavə edilib.

Yeni imkanlar sayəsində istifadəçilər tanışları ilə hansı ümumi qruplarda və icmalarda olduqlarını görə biləcəklər.
Gent.az xəbər verir ki, bundan başqa, inzibatçılar icmaların idarə olunmasına dair daha çox imkan əldə edəcəklər.
Yeni funksiyaların yaxın həftələrdə aktiv olacağı gözlənilir.(report)






