1,8 milyard insanın yüklədiyi proqramın ciddi təhlükəsi

App1 dəq oxu
1,8 milyard insanın yüklədiyi proqramın ciddi təhlükəsi

İstifadəçilər tərəfindən 1,8 milyard dəfə yüklənmiş “SHAREit” utilitinin təhlükəli olduğu bəlli olub.

Gent.az xəbər verir ki, "SHAREit” mobil proqramı yaxınlıqda olan və müxtəlif əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular arasındakı məlumatları sürətli ötürməyə imkan verir. Proqramın yaradıcılarının iddiasına görə, “SHAREit”in köməyi ilə məlumatların ötürülməsi “Bluetooth” ilə müqayisədə 200 dəfə daha sürətlidir. “Google Play”in statistikasına əsasən, mobil proqram 1 milyard dəfədən çox yüklənilib. Ancaq “Trend Micro” şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri bu proqramdan istifadənin təhlükəli olduğunu əmin edirlər.

Mütəxəssislərin sözlərinə görə, sözügedən proqramda aşkar edilmiş ciddi boşluqlar hakerlərə istifadəçilərin şəxsi məlumatlarını asanlıqla ələ keçirməyə və ya uzaq məsafədən qurbanların qurğularında zərərli kodu icra etməyə imkan verir. 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan