Bu ölkədə "Whatsapp"a giriş bloklana bilər

Rusiyada WhatsApp-a giriş bloklana bilər.

App1 dəq oxu
Bu ölkədə "Whatsapp"a giriş bloklana bilər

 Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi (Roskomnadzor) bildirib ki, qeyri-qanuni məlumatlar daxil olarsa, WhatsApp-a giriş bloklana bilər.

Gent.az xəbər verir ki, Roskomnadzor tərəfindən edilən yazılı açıqlamada WhatsApp-ın bəzi ölkələrdə açdığı “Kanallar” xüsusiyyəti ilə bağlı qiymətləndirmələrə yer verilib.

Bəyanatda Rusiya qanunlarının bütün şirkətlərə şamil edildiyi bildirilib.

Bəyanatda Rusiya qurumlarına və ayrı-ayrı şəxslərə də yerli təcrübələrə keçmələri tövsiyə olunub.

Qeyd edək ki, Rusiyada qanunsuz məlumat yaydığına görə WhatsApp-ın sahibi Meta Şirkət “ekstremist təşkilat” kimi müəyyən edib. Facebook və İnstagrama giriş keçən il bağlanmışdı.(Medianews.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan