“Samsung” şirkəti ağıllı üzüklərini təqdim edəcəyini açıqlamışdı.
Gent.az xəbər verir ki, “Galaxy Ring”in qiymətinin 200-250 dollar aralığında olacağı ehtimal edilirdi.
Məlumata görə, üzüklərin qiyməti bilinəndən daha baha olacaq.“Samsung” bu ilin ikinci yarısında artıq bu yeni cihazları təqdim edəcək.
İnsayder sözlərinə görə , potensial “Galaxy Ring” alıcılarını xoşagəlməz sürpriz gözləyir. Əgər əvvəllər yeni məhsulun qiymətinin 200-250 dollar olacağı güman edilirdisə, indi şirkətin qiymətləri 300-350 dollar arasında təyin edəcəyi gözlənilir.
Müqayisə üçün qeyd edək ki, bu pula indi “Apple Watch 8” smart saatı və ya tezliklə buraxılacaq “Galaxy Watch 7”ni almaq mümkündür.
“Samsung” yanvar ayında “Galaxy S24” seriyası ilə birlikdə ilk ağıllı üzüyü təqdim etmişdi. Şirkət qiyməti açıqlamasa da, 2024-cü ilin sonuna qədər satışa çıxarılacağını bildirib. Bu ağıllı üzük aktivliyi, ürək döyüntüsünü və yuxunu ölçmək üçün daxili akselerometr, ürək dərəcəsi sensoru və giroskopa malikdir. Cihaz çox yığcamdır və ekranı yoxdur, bu da onu yuxu izləmək üçün ideal edir.
Ancaq “Galaxy Ring”də çox güman ki, daxili GPS olmayacaq. Bu da onu açıq hava fəaliyyətini və məşqləri izləmək üçün səmərəsiz edir. Beləliklə, əgər şayiələr doğru olarsa, “Galaxy Ring”in daha yüksək qiymət etiketi bir çox istifadəçini qorxuda bilər və insanlar bunun əvəzinə “Galaxy Watch” almağı seçə bilərlər.
“Samsung” həmçinin, üzükləri əvvəlcə yalnız “Galaxy “smartfonlarına uyğun istehsal edəcək. Daha sonra isə digər Android cihazlarını da dəstəkləyəcək.