“HUAWEI” şirkəti “P40” smartfonunun yeni modifikasiyasını təqdim edib.
Gent.az xəbər verir ki, sözügedən versiyada “5G” modem yoxdur.
“Kirin 990 4G” mobil platforması əsasında işləyən smartfon Full HD təsvir ölçülü və 60 hers yeniləmə tezlikli 6,1 düymlük OLED displeylə təchiz edilib. Aparatın korpusu IP53 standartına uyğun olaraq toz və su damcılarına dayanıqlıdır. Yeni cihaz 8/128 QB yaddaş konfiqurasiyasına malikdir.
“HUAWEI P40 4G” versiyasının qiyməti 525 dollar təşkil edir ki, bu da “5G” versiyadan 77 dollar ucuzdur.