"YouTube"dan "TikTok"u xatırladan yeni funksiya

App1 dəq oxu
"YouTube"dan "TikTok"u xatırladan yeni funksiya

"YouTube" sosial şəbəkəsi videohostinqi "Shorts" adlı yeni funksiya hazırlayır.

Gent.az xəbər verir ki, bu, portret rejimində çəkilmiş qısamüddətli videoçarxlar üçün platformadır. 

"Shorts" platforması qısamüddətli videoların əsas populyarlaşdırıcısı hesab edilən "TikTok" proqramını xatırladır – portret rejimində göstərilən videolar arasında keçid etmək üçün "swipe up" etmək lazımdır. Videonun "Shorts" bölməsinə düşməsi üçün onun davametmə müddəti bir dəqiqədən az olmalıdır.

Sözügedən funksiya beta test mərhələsindədir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan