"İnstagram" sosial şəbəkəsi yaxın günlərdə yeni funksiyasını istifadəyə verəcək.
Gent.az xəbər verir ki, bu barədə sözügedən şirkətin rəsmi səhifəsində məlumat verilib.
Bildirilib ki, "Live Rooms" adlı funksiya sosial şəbəkədə dörd nəfərə qədər istifadəçini birbaşa canlı yayıma qoşmağa və daha çox biznes qurmaq, pul qazanmaq imkanları yaradacaq.