Azərbaycanda ən çox bu smartfonlar işlədilir

App1 dəq oxu
Azərbaycanda ən çox bu smartfonlar işlədilir

2021-ci ilin fevral ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.

Gent.az xəbər verir ki, hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı yanvar ayı ilə müqayisədə 1,43 faiz azalaraq 44,05 faiz təşkil edib.

İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 1,5 faiz artaraq 32,95 faiz olub.

"Apple" smartfonlarının payı isə yanvarla müqayisədə 1,04 faiz azalıb və 13,68 faizə bərabər olub.

Azərbaycanın mobil qurğular bazarında "Huawei"in payı 5,29 faiz, LG-nin payı 0,54 faiz, "Lenovo"nun payı isə 0,5 faiz təşkil edib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan