Bu ölkədə peyvənd olunanlar maskasız gəzə biləcəklər

COVID-191 dəq oxu
Bu ölkədə peyvənd olunanlar maskasız gəzə biləcəklər

ABŞ-da vaksinasiyadan keçənlərin maska taxmadan küçəyə çıxa biləcəkləri açıqlanıb.

Bu barədə ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzi tövsiyə məqsədli yeni koronavirus tədbirlərində deyilir.

Bildirilib ki, iki doz vaksin vurulmuş şəxslər maskasız çölə çıxa bilər, idman tədbirlərinə qatıla bilər və çox insanın olmadığı yerlərdə yemək yeyə bilərlər. Bu şəxslərin qapalı məkanlarda da maska və sosial məsafəsiz görüşə biləcəkləri ifadə edilib.

Gözəllik salonları, ticarət mərkəzləri, kino və teatr salonlarında isə maska taxılmağa davam edilməsi tövsiyə olunub.

Açıqlamada vaksinasiyadan keçməmiş şəxslərin də açıq havada gəzə biləcəkləri, qaça biləcəkləri, peyvəndlənmiş ailə üzvləri və ya dostlarla açıq havada görüşə biləcəkləri qeyd edilib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan