19 saylı polikilinikadan vaksinasiya ilə bağlı şikayət

Ölkədə 18 yanvardan etibarən vaksinasiya prosesi başlayıb və növbəli şəkildə davam etdirilir. İnsanlar hazırda onlayn qaydada növbə götürərək ərazi üzvə polikilinakarda peyvənd olunur.
Amma bəzi polikilinikalarda buna riayət olunmur.
Belə ki, Yasamal rayonu 19 saylı polikilinikada həyata keçirilən vaksinasiya prosesi zamanı karantin qaydalarının pozulması ilə bağlı şikayət daxil olub.
Vətəndaşlar əvvəlcədən növbə götürülsə də, proses lazımi şəkildə tənzimlənmədiyindən dəhlizdə izdiham yaranıb.
Məlumatda bildirilir ki, polikilinikanın baş həkimi və köməkçisi vətəndaşlara qarşı kobud rəftar edir.







