Maraqlıdır, sərhədlərin bağlı olduğu bir vaxtda yeni növ virusun Azərbaycana gəlməsi nə dərəcədə realdır? Hazırda təqdim olunan koronavirus əleyhinə vaksin ştammın geniş vüsət almamasına təsir edəcəkmi?
Tibb professoru Adil Qeybulla peyvəndin ştamma qarşı təsirsiz olacağını bildirərək, eyni zamanda vaksinasiyanın vacibliyini vurğulayıb:
"Biz qloballaşan dünyada yaşayırıq. Bu baxımdan koronavirusun yeni növünün Azərbaycana gəlməsi mümkün və realdır. Buna görə biz vaksinasiyaya önəm veririk. Belə ki, koronavirus əleyhinə peyvənd yeni dalğanın yaranmamasına, infeksiyanın ömrünün qısalmasına xidmət edir. Lakin hazırda təqdim olunan peyvənd yeni növ koronavirusa qarşı təsirsiz olacaq. Sadəcə biz istənilən halda peyvənd olunmalıyıq” (sfera.az).