Koronavirusun ciyərlərə təsiri açıqlandı: Bir neçə saat içərisində...

COVID-191 dəq oxu
Koronavirusun ciyərlərə təsiri açıqlandı: Bir neçə saat içərisində...

Boston Universitetinin və Yeni yoluxucu Xəstəliklər Milli Laboratoriyasının alimləri koronavirusun ciyərlərə necə təsir etdiyini açıqlayıblar.

Mütəxəssislər insanın ağciyər hüceyrələrinə oxşar süni hüceyrələri böyüdərək sınaqdan keçiriblər. Məlum olub ki, koronavirus hüceyrələrə düşdükdən bir saat sonra toxumaları parçalayır.

“Ən təəccüblü cəhət virusun molekulyar yolla təsir etməsidir. O, ağciyər hüceyrələrini tamamilə yenidən qurur", - tədqiqatın müəlliflərindən biri Endrü Emil bildirib.

O, vurğulayıb ki, virus üç-altı saat sonra metabolik prosesləri dəyişdirir və nüvə membranlarını zədələyir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan