"Delta plus" ştammının əlamətləri

Hazırda dünyada üstünlüyü ələ alan "Delta plus" variantı Hind ştammının bir növüdür.

COVID-191 dəq oxu
"Delta plus" ştammının əlamətləri

Artıq bizə qonşü bütün ölkələrdə "Delta plus" variantı aşkarlanıb.

Gent.az xəbər verir ki, Kral London kollecinin genetik epidemioloqu Tim Spektor hind ştammının insanlarda əvvəlki koronavirus variantlarından fərqli təsir və təcrübə göstərəcəyini bildirib.

"Delta plus"la hind ştammının əlamətləri analoji olaraq oxşardır.
Alim 3 əsas simptomu açıqlayıb: güclü baş ağrıları, boğazda ağrı, burun tutulması. Bütün bunlar kəskin halsızlıqla davam edir.

Klassik, əvvəlki koviddə isə yüksək hərarət, öskürək, dad iybilmənin itməsi ilə başlayırdı.

Tima Spektor deyir ki, hind ştammında qoxu bilmənin itməsi çox nadir rast gəlinir.

Alimlər bildirir ki, "delta plus"a yoluxma çox asan və sürətlidir. Vaksin olunmuşlar da bundan qorunmur.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan