Ən çox yoluxma 30-39 yaş arasındadır - Azərbaycanda

COVID-191 dəq oxu
Ən çox yoluxma 30-39 yaş arasındadır - Azərbaycanda

Azərbaycanda indiyə qədər yeni növ koronavirus infeksiyasına yoluxanların əksəriyyəti yaşı 30-39 arası olan şəxslərdir.

Bu şəxslər ümumi yoluxanların 21 faizini təşkil edir.

50-59 yaş aralığında olanlar arasında yoluxma 18 faiz, 20-29 yaşlılar arasında yoluxma 16 faiz, həm 40-49, həm də 60-69 yaşlılar arasında yoluxma isə 15 faiz təşkil edir.

Yaşı 70 və daha yuxarı olanlar arasında virusa yoluxma hallarıəna daha az rast gəlinib.

Belə ki, indiyə qədər 70-79 yaşlı şəxslər arasında yoluxma 4 faiz, yaşı 80 və daha çox olanlar arasında yoluxma isə 2 faiz təşkil edib.

COVID-19-a yoluxma azyaşlılar arasında da qeydə alınıb. 0-9 yaş aralığında yoluxma 3 faiz, 10-19 yaş aralığında yoluxma isə 6 faiz təşkil edib.

Ən çox yoluxma 30-39 yaş arasındadır - Azərbaycanda — şəkil 1

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan