Azərbaycan öz vaksinini hazırlayır - Ramin Bayramlı AÇIQLADI
COVID-191 dəq oxu

Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda ilk dəfə vaksin yaradılması ilə bağlı tədqiqatlara başlanıldığını deyib.
Sfera.az bildirir ki, o bu barədə "Twitter" hesabında qeyd edib.
"Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”, - deyə R.Bayramlı əlavə edib.







