“Delta” ştammı ailədaxili yoluxmaları artırır

COVID-191 dəq oxu
“Delta” ştammı ailədaxili yoluxmaları artırır

Məktəblərdə koronavirusun yayılmaması üçün valideyn də bu prosesdə aktiv iştirak etməlidir.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirb ki, uşaqda baş ağrısı, hərarət varsa, onu vaxtında aşkar etmək lazımdır:

"Xəstə uşaqları məktəbə buraxmaq olmaz. Belə hallar dərs vaxtı aşkarlanarsa, məktəb personalı üçün tədbirlər nəzərdə tutulub. "Delta" ştammı ailədaxili yoluxmaların artmasına gətirib çıxarır. Əvvəl ailənin bir-iki üzvü yoluxurdusa, indi yoluxma hallarının artdığını görürük. Uşaqların daim temperaturunu ölçmək, onlarla söhbət aparmaq, sağlam olduğuna əmin olduqdan sonra məktəbə göndərmək lazımdır".

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan