21 sentyabra olan yoluxma sayı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1594 yeni yoluxma faktı qeydə alınıb.

COVID-191 dəq oxu
21 sentyabra olan yoluxma sayı

2543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 475 053 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 439 080 nəfər müalicə olunaraq sağalıb, 6 353 nəfər vəfat edib, aktiv xəstə sayı 29 620 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 583, ötən müddət ərzində isə ümumilikdə 4 764 847 test aparılıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan