Peyvənd vurduranlar 10 mənzil qazanacaq

COVID-191 dəq oxu
Peyvənd vurduranlar 10 mənzil qazanacaq

Oktyabrın 18-dən noyabrın 21-dək koronavirus peyvəndinin birinci və ya ikinci dozasını vurduran Moskva sakinləri paytaxtdakı mənzillərə sahib ola bilərlər.

Moskva şəhər merinin rəsmi saytında məlumat verilib. 

“Oktyabrın 27-dən başlayaraq beş həftə ərzində hər həftə Moskvada iki otaqlı iki mənzilə sahib olmaq üçün lotereya oynanılacaq. Lotereyada Rusiyanın yetkin vətəndaşları iştirak edə biləcəklər.

Bunun üçün COVID-19 peyvəndinin ilk komponentini almalı və ya 18 oktyabrdan 21 noyabradək təkrar peyvənd olunmalısınız. Peyvənd məntəqələrində, lotereyada iştirak etmək üçün razılıq verməlisiniz", - deyə məlumatda vurğulanır.

Püşkatma mərasimi beş həftə ərzində hər çərşənbə günü "Moskva 24" telekanalında keçiriləcək. Qaliblər yayım zamanı açıqlanacaq və adları mos.ru saytında yayımlanacaq. (Lent.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan